Mobil versiya
Azərbaycanın ən məhsuldar rayonlarının ADLARI açıqlandı
Tarix: 07-08-2019 | Saat: 16:32
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanın ən məhsuldar rayonlarının



Azərbaycanda dənlilərin və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir.

Trend-in məlumatına görə, 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən payızlıq və yazlıq dənlilər və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1 milyon 039,5 min hektar sahənin 1 milyon 026,5 min hektarı və yaxud 98,7 faizi biçilərək məhsulu yığılıb.

Toplanmış məhsul 3 milyon 218,0 min ton təşkil edib və məhsuldarlıq 31,4 sentnerə bərabər olub. Yığılmış məhsulun 2 milyon 167,1 min tonu və yaxud 67,4 faizi buğda, 1 milyon 014,9 min tonu (31,5 faizi) arpa, 36,0 min tonu (1,1 faizi) digər dənlilər və dənli paxlalı bitkilərdir.

Respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 33 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılma səviyyəsi 90,0 faizdən aşağı olub.

Ölkənin 25 rayonunda dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olub. Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 43,1 sentner), Saatlı (müvafiq olaraq 41,4), Sabirabad (39,8), Tərtər (38,8), Ağdam (38,4), Salyan (38,0), İmişli (37,2), Ağcabədi (36,1), Cəlilabad (35,0) və İsmayıllı (34,8) rayonlarında olub.

Dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki şəhərində (235,9 min ton), Cəlilabad (237,7 min ton), Kürdəmir (162,0 min ton), Ağsu (116,7 min ton), Füzuli (115,0 min ton), Neftçala (112,1 min ton), Ağcabədi (105,3 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (109,8 min ton) müşahidə olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024