Mobil versiya
Azərbaycanın 3 rayonunda bir neçə məntəqədə təbii qazın verilişi dayandırılıb
Tarix: 07-08-2019 | Saat: 10:36
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanın 3 rayonunda bir neçə məntəqədə təbii qazın verilişi dayandırılıb


Bu gün Qaz İxrac İdarəsinin balansında olan “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi işləri icra olunacaq.

“Azəriqaz” İstehsalat Birliyindən aia.az-a verilən məlumata görə, bununla əlaqədar saat 06:00-dan 21:00-a qədər bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-a qədər isə Saatlı və İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bundan başqa, bu gün saat 09:00-dan sabah işlər başa çatana qədər “Dondarquşçu” Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhərinin və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024