“Küləklər şəhəri”nin ağacları niyə küləyə dözmədi? - “Məmurlar öz işlərini görmürlər”
Tarix: 06-08-2019 | Saat: 13:21
Bölmə:Manşet / Ölkə | çapa göndər
Xəbər verdiyimiz kimi, avqustun 5-dən başlayan güclü külək Bakıda, ümumilikdə 50-dən çox ağacı aşırıb. 14 ağac kökündən çıxıb, 40-a yaxın isə budaq qırılmaları baş verib.
Burada maraqlı bir məqam var. Bakı əzəldən küləklər şəhəri olduğundan, paytaxt əhalisi daha sürətli küləklərin şahidi olub. Amma bu qədər ağac qırılması son illərdə ilk dəfədir.
Səbəb nədir və hansı tədbirlər görülməlidir?
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında ağacların kökündən çıxma səbəbini açıqlayıb. Bildirib ki, Azərbaycan ərazisi cavan quraqlıq adası olduğuna görə ana süxurlar üzdədir:
“Özü də yaxşı formalaşmayıb. Ağacların kökləri çox dərinə gedə bilmir. Torpaq qatı həddən artıq azdır. Ona görə də ağaclar 7, 10 və 15 metr hündürlüyə gəlib çatır. Daha sonra isə külək əsərək hamısını aşırdır. Onlara dirək qoyulmalıdır. Məmurlar, bu işə cavabdeh olanlar ağaclara lazım olan qulluğu etmirlər. Ağacları əkmək və 5-6 il onlara qulluq etməklə kifayətlənmək olmaz”.
Telman Zeynalov əlavə edib ki, qoca ağaclar mütləq yenisi ilə əvəzlənməlidir:
“İnsanlar belə havalarda ağacların altına girməməlidir. Küləkli havada qoca, təhlükəli ağaclardan uzaq durmaq lazımdır.
Vaxtı çatanda ağacları cavanlarla əvəzləmək lazımdır. Bizdə isə hələlik bunu həyata keçirmirlər”.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov isə deyib ki, bu il keçən illə müqayisədə küləyin aşırdığı və qırdığı ağacların sayı iki dəfə çoxdur:
“Bunun səbəbi odur ki, əvvəlki illərdə yay aylarında belə sürətli külək olmayıb. Bu fəsildə güclü külək olarsa, ağacların aşma ehtimalı əvvəlki aylara nisbətən çoxdur. Çünki indiki fəsildə ağaclar bioloji inkişafdadır. Yəni ağaclar yarpaqlayır, gövdələri su çəkir. Bu özü bir ağırlıqdır. Payız və qış aylarında ağaclarda yarpaq olmur, yatmış vəziyyətdə olurlar. Amma indi ağacların üst, yarpaq, budaq hissəsi yüklü olduğundan gövdəsinə ağırlıq salır. Güclü külək olan zaman isə ağaclar dözmür, kökündən qopma, gövdəsindən qırılma olur. Ağaclar bioloji inkişafda və yay fəsli olduğundan küləyin təsirinə dözmür”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024