Mobil versiya
Damcılı mağarasında arxeoloji qazıntılar aparılır
Tarix: 02-08-2019 | Saat: 16:50
Bölmə:Gündəm | çapa göndər

Damcılı mağarasında arxeoloji qazıntılar aparılır


Qazax rayonunda yerləşən "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki dünya əhəmiyyətli Damcılı mağarasında arxeoloji qazıntılar aparılır.

Trend-in məlumatına görə, tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Yaponiyanın Tokio Universiteti arasında imzalanmış üçtərəfli memoranduma əsasən baş tutur.

Qazıntıların aparılmasında məqsəd Daş dövrünə aid nümunələri əldə etməklə düşərgədə qədim insan məskəninin olduğunu, həmçinin burada yaşayan insanların gəlmə deyil, yerli sakinlər olduqlarını öyrənmək, eləcə də Neolit dövrü ilə Mezolit dövrü arasında olan əlaqəni müəyyənləşdirməkdir.

Arxeoloji qazıntılar Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin rəhbərliyi ilə aparılır. Həmçinin həmin universitetin üzvlərindən - Çie Akaşi, doktorant Fumika İkeyama, Qədim Şərq Muzeyinin arxeoloqu Kazuya Şimoqama, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - Mənsur Mənsurov, Yaqub Məmmədov, Ülviyyə Heydərova və Əjdər Babayev iştirak edirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024