Mobil versiya
Azərbaycanda xüsusi təhlükəli xəstəliklərdən heyvan tələfatı olmayıb
Tarix: 02-08-2019 | Saat: 13:20
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda xüsusi təhlükəli xəstəliklərdən heyvan tələfatı olmayıb


Daxili terapevtik, qan parazitar və mövsümi xəstəliklərdən heyvanlar arasında tək-tək hallarda tələfat ola bilər.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.

Onun sözlərinə görə, bu xəstəliklər də heyvan sahibinin vəsaiti hesabına müalicə olunur: "Ancaq hansısa xəstəlikdən kütləvi tələfat halı qeydə alınmayıb. Məsələn, qan-parazitar xəstəlikləri baş verən zaman vaxtında baytara müraciət edilməyən zaman tələfat ola bilər".

Şöbə müdiri deyib ki, sağlam heyvanlarda əsasən tük sığallı, burunun tüksüz yerləri - burun aynası həmşə nəmli olur: "Bədəndə temperatur 1 dərəcə yüksələndə burun aynası quruyur. Qan-parazitar xəstəliklərində 1 sutka keçəndən sonra baytar həkim çağırılır, bu da gec olur. Qan-parazitar xəstəliklərinin əsas törədicisi gənələrdir. Vaxtı keçəndən sonra o heyvanı həyata qaytarmaq mümkün deyil".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024