Mobil versiya
Ölkə çimərliklərində bağırsaq çöpləri normadan dəfələrlə artıqdır - MONİTORİNQ
Tarix: 02-08-2019 | Saat: 13:12
Bölmə:Ölkə | çapa göndər

Ölkə çimərliklərində bağırsaq çöpləri normadan dəfələrlə artıqdır -


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Yalamadan Astaraya qədər olan sahil boyu monitorinqlər keçirib.

Trend-in məlumatına görə, monitorinqlər nəticəsində götürülmüş bütün su nümunələrində mikrobioloji göstəricilər, bağırsaq çöpləri normadan dəfələrlə artıq olub.

Məlum olub ki, bütün istirahət və iaşə obyektləri tullantı sularını təmizləmədən Xəzər dənizinə axıdır. Bununla əlaqədar həmin obyektlərə xəbərdarlıq məktubları göndərilib.

Həmçinin, Nabran, Novxanı, Şıx, Sahil, Türkan, Hövsan çimərlikəri ərazisində də mikrobioloji göstəricilər normadan artıq müşahidə olunub. Zaqulba, Buzovna və təmizləyici qurğuların olduğu digər ərazilərdə isə mikrobioloji göstəricilər norma daxilində müşahidə edilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024