Mobil versiya
“Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Tarix: 01-08-2019 | Saat: 14:42
Bölmə:Ölkə | çapa göndər

“Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib


Narkotizmlə Mübarizə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01 avqust 2019-cu ildə Xaçmzada "Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir həyata keçirib.

Tədbirin əsas məqsədi gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almağa çalışmaq, tanınmış şəxslərin o cümlədən mədəniyyət xadimlərinin narkomaniyaya qarşı mübarizə tədbirlərinə cəlb etməklə effektiv mübarizə metodu yaratmaq, narkomaniyaya qarşı mübarizədə daha geniş sosial qrupları əhatə etməsinə nail olmaqdır.

Tədbirdə bu sahə ilə bağlı mövcud qanunvericiliyin təbliği, Narkomaniyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətləri aparılmışdır. Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihənin qayəsini təşkil edir. Layihənin davamlılığı və iştirakçıların əlaqələndirilməsi üçün layihənin elektron (virtual) səhifəsinin yaradilması qərara alındı.

Tədbir iştirakçıları həmçinin Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşmüş, narkomaniya və digər pis vərdişlərə qarşı mübarizənin davamlılığını müzakirə etmişlər.




aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə