Mobil versiya
“20 Yanvar” İctimai Birliyi yekun tədbirini keçirib
Tarix: 30-07-2019 | Saat: 18:30
Bölmə:Ölkə | çapa göndər

“20 Yanvar” İctimai Birliyi yekun tədbirini keçirib



30 iyul 2019-cu il tarixində "20 Yanvar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili" adlı layihənin yekun tədbirini Beynəlxalq Mətbuat Mərkəzində keçirib.

Tədbir ,Azərbaycan himni ilə başlayıb daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri Sultan Əzimzadə bildirib ki,layihə 3ayı əhatə edib və vətənpərvərlik hisslərinin və vətən sevgisinin aşılanması istiqamətində olub. 3 aylıq layihə çərçivəsində 4 şəhid haqqında məlumatlar toplanaraq kitabça hazırlanmış və Bakı şəhəri ,Lerik və Salyan rayonlarında yeniyetmə və gənclərlə görüş keçirilib,hazırlanmış kitabçalar tədbir iştiraçılarına paylanmışdır.

Layihə rəhbəri S.Əzimzadə sonda bildirib ki, bu istiqamətdə tədbirlərimiz yeniyetmə və gənclər arasında davamlı olacaqdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə