Mobil versiya
Yunanıstanda keçirilən referendumda vətəndaşların əksəriyyəti "yox" deyib.
Tarix: 05-07-2015 | Saat: 18:14
Bölmə:Şou-biznes / Manşet / Karusel | çapa göndər


Sosial sorğuya əsasən bu gün Yunanıstanda keçirilən referendumda vətəndaşların əksəriyyəti "yox" deyib.

Aia.az -ın ans pess-ə istinadən məlumatına görə, sorğulardan birinin nəticəsinə əsasən referendumda "hə" və "yox" arasında fərq 7-8 faiz, digərinin nəticəsinə görə isə 4 faizdir. Bununla belə nəticələr günün ikinci yarısında dəyişə bilər.

Xatırladaq ki, bu gün Yunanıstanda ölkənin beynəlxalq borcları ilə bağlı referendum keçirilir. Onlar bu gün kreditorların şərtlərini qəbul edərək "kəmərləri sıxma" siyasətini davam etdirib, etdirməməklə bağlı qərar verəcəklər. Lakin sorğuda seçicilərə cavab verməkdən imtina imkanı da yaradılıb.

Bu mövzuda əhalinin fikri də müxtəlifdir. Hakimiyyət insanları "yox" deməyə çağırır. Onlar kreditorlarla razılaşmağın digər yollarını axtarmağı təklif edir. Lakin insanların indiki hakimiyyətə güvənmədiyini və beynəlxalq kreditorları dəstəklədiyini də görmək mümkündür.

Qeyd edək ki, Yunanıstanın böhranlı vəziyyətdən çıxması üçün Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Birliyinə olan borclarını ödəməli və 2018-cu ilə qədər 56 milyard dollar məbləğində yeni kredit müqaviləsi bağlamalıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə