Mobil versiya
Parlament sədirləri Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində olublar -Fotolar
Tarix: 14-10-2025 | Saat: 12:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Parlament sədirləri Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində olublar

Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşü başa çatandan sonra tədbir iştirakçıları Pakistanın Fəlakətlərin Milli İdarəetmə Agentliyində olublar. Burada Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri, eləcə də nümayəndə heyətlərinin üzvləri agentliyin fəaliyyəti ilə yaxından tanış olublar.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonaqlara agentliyin fəlakətlərin idarə olunması üzrə iş prinsipləri, fövqəladə hallara operativ reaksiya mexanizmləri və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı təqdimat edilib.

Parlament sədrləri agentliyin işini yüksək qiymətləndirərək bu sahədə təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2025