Novruzəli Aslanov: “II Qarabağ savaşının gedişində Füzuli uğrunda aparılmış döyüşlər ən ağır döyüşlərdən olmuşdur”
Tarix: 14-10-2025 | Saat: 10:40
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsinin gedişində Şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin necə yüksək səviyyədə fədakarlıq və şücaət göstərdiklərini öz çıxışlarında hər zaman xüsusi qeyd edir. İki il bundan əvvəl, 2023-cü ilin 17 oktyabr tarixində, Füzuli şəhəri günü münasibətilə bu şəhərdə olarkən möhtərəm dövlət başçımız bildirmişdir ki, istənilən halda bütün müharibələrdə qələbəni əldə edən əsgərdir, zabitdir. Məhz onlar öz canları və qanları bahasına düşmən üzərinə gedir, torpaqları azad edir və həmin ərazilərdə bayrağımızı sancırlar. O cümlədən II Qarabağ savaşının gedişində Füzuli uğrunda aparılmış döyüşlər ən ağır döyüşlərdən olmuşdur. Hətta ən tanınmış hərbi mütəxəssislər də 30 il ərzində düşmən tərəfindən qurulmuş möhkəm istehkamları nəzərə alaraq deyirdilər ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Lakin Azərbaycan əsgəri bu vəzifənin öhdəsindən cəmi bir neçə günə gəldi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra millət vəkili Böyük Qayıdış Proqramının uğurlu icrasından bəhs edərək bunları deyib: “Bu gün Azərbaycan özünün işğaldan azad edilmiş ərazilərində böyük vüsətlə bərpa və yenidənqurma işləri aparır. Erməni vandalizminə məruz qoyularaq xarabazarlığa çevrilmiş şəhər və kəndlərimiz yenidən qurulur, keçmiş köçkünlər artıq öz yeni evlərinə qayıdırlar. Böyük Qayıdış Proqramı yüksək dinamika ilə icra olunur. Təəssüflər olsun ki, mina təhlükəsi görülən işlərin tam sürətlə icrasını hələ də əngəlləyir. Azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayonlarımızdan biri də məhz Füzuli rayonudur. Mütəxəssislərin ilkin hesablamalarına görə rayonun ərazisində yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Hazırda bu məqsədlə erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi həyata keçirilir, dağıntılar nəticəsində dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Həm yerli, həm də xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-10-2025