Mobil versiya
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Tarix: 30-07-2019 | Saat: 18:27
Bölmə:Gündəm | çapa göndər

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


İyulun 30-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105014754 ISIN-li, 25 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 96.4540 AZN (10.0000 faiz) və 101.4102 AZN (7.2300 faiz) olan 27 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.9679 (7.4700 faiz), orta ölçülmüş qiyməti 101.1628 (7.3641 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 79 milyon 118 min 500 AZN, yerləşdirilmiş həcmi isə 25 milyon AZN olub. İstiqrazlar 2021-ci il iyulun 27-də ödəniləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024