Mobil versiya
“İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası” təsdiqləndi
Tarix: 30-07-2019 | Saat: 09:00
Bölmə:Gündəm | çapa göndər

“İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası” təsdiqləndi


Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması qaydası”nı təsdiq edib.

Trend-in məlumatına görə, bu qaydaya əsasən, işaxtaran və işsiz şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanlarında və “DOST” mərkəzlərində qeydiyyata alınacaq.

Müraciət Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemi (MAS) tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat MAS tərəfindən işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə göndərilir. İşaxtaranın məşğul şəxs olduğu müəyyən edildikdə, onun işsiz şəxs kimi qeydiyyata alınmasına yol verilmir.

İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər qanunda nəzərdə tutulmuş aktiv məşğulluq tədbirinə cəlb edildiyi zaman bu barədə məlumatlar Mərkəz tərəfindən fərdi məşğulluq vərəqinə daxil edilir və MEİS tərəfindən avtomatik yoxlanılaraq yenilənir.

Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 iş günü müddətində Mərkəz vakansiya bankından münasib iş təklifini seçərək işaxtaranın şəxsi kabinetində yerləşdirir. Münasib işdən imtina etdiyi halda işaxtaran həmin iş təklifini qəbul etməməsi səbəblərini göstərməlidir. Bu səbəblər Mərkəz tərəfindən əsaslı hesab edildikdə işaxtarana yeni münasib iş təklif edilir.

İşsiz kimi qeydiyyata alınmayan və ya işsiz kimi qeydiyyatı ləğv olunan şəxs işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün 1 aydan sonra təkrar müraciət etmək hüququna malikdir. İşaxtaranın məşğul şəxs olduğu müəyyən edildikdə onun işsiz şəxs kimi qeydiyyata alınmasına yol verilmir və bu barədə məlumat səbəbi göstərilməklə onun şəxsi kabinetində yerləşdirilir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024