Mobil versiya
Quba, Qusar, Xaçmaz və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək
Tarix: 25-07-2019 | Saat: 15:58
Bölmə:Ölkə | çapa göndər

Quba, Qusar, Xaçmaz və Xızı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iyul ayının 31-də Quba rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Qusar rayonunda, avqust ayının 2-də isə Xızı rayonunda vətəndaşları qəbul edəcəklər.

Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu Quba şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Quba və Xaçmaz rayonlarının sakinləri iştirak edə bilərlər.

Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Qusar şəhərində "Heydər Əliyev Mərkəzi"ndə vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Qusar rayonunun sakinləri iştirak edə bilərlər.

Saat 10:00-da başlanılacaq hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

Bundan başqa İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev avqust ayının 2-də saat 10:00-da Xızı şəhərində "Heydər Əliyev Mərkəzi"ndə vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Xızı rayonunun sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul və avqust aylarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024