Mobil versiya
Araz heyvandarlı –südçülük İctimai Birliyi gənc fermerlərə maarifləndirici təlimlər keçirilib
Tarix: 12-07-2019, 17:00 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Araz heyvandarlı –südçülük İctimai Birliyi gənc fermerlərə maarifləndirici təlimlər keçirilib



Araz heyvandarlı –südçülük İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə12/07/2019-cu il tarixində Beyləqan rayonunda "Araz ətrafı rayonların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edən sahibkarlığın inkişafına dəstək və maarifləndirmə”adlı layihə çərçivəsində ikici təlimini keçirib .

Layihə rəhbəri bildirib ki, hazırkı dövrdə ərzaq təhlükəsizliyi ilə Azərbaycanda həyata keçirilən vacib məsələlərdən biridə Aqrar sektorun inkişaf etdirilməsi, bu sahədə sahibkarlığın stimullaşdırılması, yerli səviyyədə istehsal və xidmət sahələrinin imkanlarını artırmaqla xaricdən məhsulların, xüsusəndə ərzaq məhsullarının gətirilməsini azaltmaq və bununlada ölkəmizdə müxtəlif çətinliklərin qarşısını almaq imkanları əldə etməkdir. Son zamanlar dünyada baş verən iqtisadi-siyasi proseslər və bunun ölkəmizə təsiri, yerli səviyyədə aqrar sektorun fəaliyyətinin güclənməsini zəruri edir. Bu baxımdan hazırki, dövrdə regionlarda aqrar sektorda çalışanlar arasında əməkdaşlığın güclənməsinə, onların bilik və bacarıqlarının artırılmasına, onların müasir, texnologiyalarla tanış olmasına və onu öz praktik fəaliyyətində tətbiq etməsinə yardım göstərmək çox vacibdir.

Araz ətrafı rayonlarında öz zəhmətləri ilə uğur qazanmış çox saylı inkişaf etmiş sahibkarlar mövcuddur. Yerli icma, bələdiyyələr, inkişaf etmiş sahibkarlarla görüşlər və müzakirələr onu deməyə əsas verir ki, gənc fermerlərə (ozünü doğrultmayan) yaxından dəstək göstərilərsə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rola malik ola bilərlər. Birgə əməkdaşlıqla texniki problemlərini həll edə və məhsul satışınıda təmin etmiş olarlar.

Eyni zamanda müasir innovativ texnologiyaların fermerlər arasında təbliği, onların bu texnologiyalardan istifadə etməklə öz bizneslərini genişləndirmək imkanları və öz istehsal etdikləri məhsulları daha ekoloji təmiz hala gətirilməsi üçün imkanlardan faydalanması çox yaxşı olardı.

gənc fermerlər arasında təlim keçirib.Təlim gənc fermerlərin kooperasiya təsərrüfatının yaradılması, müasir texnologiyadan istifadə və tətbiq etməklə , məhsullun kefiyyət kəmiyyət ,maya dəyərinin aşağı düşməsi yerli istehsalı gücləndirərək rayonların sosial- iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edib.

Layihənin müddəti 01/05/2019-01/09/2019-cu il tarixlərini əhatə edir

aia.az



562 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031