Mobil versiya
Ombalarını böyüdən azərbaycanlılar - Bıçaq altına gedənlər təkcə müğənnilər deyil...
Tarix: 12-07-2019 | Saat: 15:21
Bölmə:Aia TV / Media | çapa göndər

Ombalarını böyüdən azərbaycanlılar -




Bu günlərdə sosial şəbəkələrdə və bəzi şou-biznes saytlarında iki tanınmış müğənni haqqında “omba söhbəti” ortaya atılmışdı. İddia olunurdu ki, müğənnilər Xatun və Roza Zərgərli ombalarına piy vurduraraq, onları böyüdüblar.

Buna görə də Roza Zərgərli mətbuata çıxıb açıqlama vermək məcburiyyətində qaldı və ombasında əməliyyat olmadığını bildirdi:

“Bu mövzudan artıq yorulmuşam. Mən heç vaxt omba əməliyyatı etdirməmişəm, çünki ehtiyacım olmayıb. Həm də burda gizlədiləcək bir şey yoxdur. Mənim ombamı böyütməyə ehtiyacım da yoxdur. Çünki hər zaman böyük olub. Ancaq plastik əməliyyat baldırımda olub. Ayağımda problem yarandığı üçün baldırımdakı artıq piyləri çəkdirmişəm”.


Xatun və Roza Zərgərlini deyə bilmərik, amma onu qeyd edə bilərik ki, Azərbaycanda ombalarını böyüdən qadınlar az deyil. Bunu tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev də Modern.az saytının əməkdaşı ilə söhbət zamanı təsdiqləyib. Onun sözlərinə görə, hətta son vaxtlar Azərbaycanda ombalarını plastik əməliyyat etdirənlərin sayı artıb:

“Belə əməliyyatları etdirən və xarici görkəminə əl gəzdirən xanımlarımızın sayı artıq çoxalıb”.

Stilistlər deyirlər ki, qadın bədənini gözəl göstərən yerlərindən biri də ombalarıdır. Möhkəm və dik ombalar az qala hər qadının arzusudur. Belə deyirlər ki, mükəmməl ombalara sahib olan qadın geyindiyi istənilən şalvar ya da ətəklə yaraşıqlı və cazibədar görünür.

Aparılan sorğular da göstərib ki, bəzi qadınlar ombaları üçün deyilən xoş sözlərə biganə qalmırlar. Onlar ombasının gözəl göründüyünə əmin olmaq istəyir.

Təsadüfi deyil ki, bəzi gözəllik yarışmalarında müsabiqəyə qatılan qızların omba görünüşünə xüsusi qiymət verilir. Braziliyanın San-Paulu şəhərində isə hər il ənənəvi "Miss Bumbum" gözəllik müsabiqəsi keçirilir ki, bu yarışmada ən gözəl ombaları olan xanımlar qalib seçilir.

Gözəl formalı ombalara sahib olmaq hər bir qadının arzusu olsa da, gerçəklik heç vaxt istəklərlə üst-üstə düşmür. Bu səbəbdən cazibədar görünüş istəyən bəzi qadınlar yaraşıqlı ombalar naminə plastik əməliyyata belə, getməyə hazırdırlar.
Son vaxtlar böyük ombalar belə deyək ki, dəbə minib. Bu səbəbdən yan əzələlərini (arxanı) böyütmək üçün bir çox qadınlar müxtəlif üsullara əl atırlar: xüsusi idman hərəkətləri edirlər, bu məqsədlə buraxılan xüsusi cins şalvarlar geyinirlər ya da əməliyyata razılaşırlar.

Yeri gəlmişkən, ombalar bədəndəki ən çox əzələ toxumasının olduğu yerlərdir. Bunu nəzərə alan bəzi mütəxəssislər ombaları idmanla istədiyiniz formaya sala bilməyin mümkünlüyünü bildirir və qadınlara tövsiyə edirlər ki, cazibədarlığı artırmaq, iri və ideal ombalara sahib üçün vaxt tapdıqca idmanla məşğul olsunlar.

Androloq deyir ki, qadınları daha cəlbedici göstərən onun ombaları, sinəsi və ayaqlarıdır. Kişilərin ilk baxışdan qadına nəzər yetirdiyi yerlər onun sinəsi, ayaqları və ombalarıdır.

“Omba əməliyyatları zamanı bəzi qadınların yanlarında çuxurlar da olur və onları doldurmaq üçün iplantlardan, yaxud orqanizmin öz piyindən istifadə olunur. Normalda bu çuxurlar bəzi qadınlarda olur. Bu da formanın pozulmasına, daha pis görünməsinə səbəb olur. Bəzi qadınların yanlarına implantlar qoyurlar ki, ombalar daha gözəl görünsün və dik qalsın”.

Omba əməliyyatları prosedurunun bir neçə tipi var. Ombaların böyüdülməsi – onların ölçüsünün və formasının pasiyentin yanbızlarına iynə ilə piy köçürülməsi və ya onlara silikon implantının qoyulması ilə dəyişdirilməsidir.


Beynəlxalq Estetik və Kosmetik Cərrahiyyə Cəmiyyətinin statistikasına görə, hər il dünyada 400 mindən çox ombaböyütmə və ombadikəltmə əməliyyatı aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024