İyulun 15-dək ölkədə sərin hava hökm sürəcək - AÇIQLAMA
Tarix: 10-07-2019 | Saat: 16:33
Bölmə:Ölkə | çapa göndər
İyul ayı olmasına baxmayaraq ölkə ərazisində kəskin xarakterli istilər müşahidə olunmur. Yağış yağır, güclü külək əsir, hətta bəzi bölgələrdə dolu düşür. İyul ayı üçün xarakterik hesab olunan, öyrəşdiyimiz ənənəvi istilər olmayacaq? Sərin havalar nə qədər davam edəcək?
Bu sualları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad VaqifqızıModern.az-a açıqlamasında cavablandırıb.
Gülşad Vaqifqızının sözlərinə görə iyulun 15-dək ölkədə sərin hava şəraiti hökm sürəcək.
“İyul ayının birinci ongünlüyü hava şəraiti ölkə ərazisində qeyri-sabit keçib. İyul ayının 11-də Bakı və Abşeron yarımadasında mülayim cənub küləyi üstünlük təşkil etsə də, artıq 12-i axşam saatlarından 14-dək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Ayın 11-i əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, artıq iyulun 12-dən 15-dək qeyri-sabit hava şəraiti hökm sürəcək. Şimşək çaxacaq, bəzi rayonlarda yağışın leysan xarakteri alacağı və dolu düşəcəyi gözlənilir. Havanın tempraturu günorta saatlarında bölgələrdə 30-35, dağlıq ərazilərdə 23-31 dərəcə isti olacaq. Ümumilikdə iyulun ikinci ongünlüyünün birinci yarsınadək kəskin istilər gözlənilmir”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024