Mobil versiya
DİQQƏT! Bu enerji içkilərinin istehsalına və satışına qadağa qoyulur
Tarix: 09-07-2019 | Saat: 12:57
Bölmə:Karusel / Ölkə | çapa göndər

DİQQƏT!



“Azərbaycanda enerji içkiləri ilə bağlı tənzimləmə mexanizmi hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub”.



Modern.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnaslitlərə açıqlamasında bildirib.

O bildirib ki, enerji işçilərinin Azərbaycanda tənzimlənməsi beynəlxalq standartlarına əsasən həyata keçirilir:

“Qida Təhlüjəsizliyi İnstitutun nəzdində elmi texniki şura fəaliyyətə başlayıb. Şuranın alimlərinin, ekspertlərin, beynəlxalq ekspertlərinin birgə rəyinə əsasən enerji içkilərinə dair tənzimləmə mexanizmi işlənib hazırlanıb və təsdiq üçün təqdim olunub”.



Sədr qeyd edib ki, hazırlanmış sənədə əsasən burada stimullaşdırıcı maddələrdən adı qeyd edilib:

“Həmin stimullaşdırıcı maddələrdən iki və daha artığı əksini tapmış içkilər Azərbaycanda enerji işçisi hesab olunacaq. Sadəcə kofenin miqdarı ilə tənzimlənən enerji içkiləri də mövcuddur. Eyni zamanda tək halda kofeinin miqdarı 100 millilitrdə 15 milliqram olarsa, o, enerji içkisi deyil. Kofeinin miqdarı 15-32 milliqram olarsa, bu, enerji içkisidir. 32 milliqramdan yuxarı isə artıq təhlükəli məhsul sayılır. Ona görə də həmin miqdardan artıq olan sərinləşdirici içkilərin istər idxalına, istərsə də istehsalına və tətbiqinə qadağa qoyacağıq".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024