Mobil versiya
“İrəli” İB-nin təşəbbüsü olan “Marş İrəli” layihəsi davam edir
Tarix: 08-07-2019 | Saat: 16:29
Bölmə:Ölkə | çapa göndər

“İrəli” İB-nin təşəbbüsü olan “Marş İrəli” layihəsi davam edir



"İrəli" İctimai Birliyinin artıq 2-ci dəfədir ki, açıq hava şəraitində keçirdiyi hərbi-vətənpərvərlik düşərgəsi davam edir.

"Marş İrəli” layihəsi çərçivəsində iştirakçılar çoxnövçülük üzrə ip dartma, maneəli qaçış, bıçaq atma idman yarışlarında iştirak ediblər. Layihənin növbəti günündə atıcılıq üzrə təlim keçirilib və daha sonra iştirakçılar atış bacarıqlarını sərgiləyiblər. Atıcılıq təliminin ardından layihə iştirakçıları silahla rəftar təlimində iştirak ediblər. Silahla düzgün davranış qaydalarını, silahların təhlükəsizlik texnikalarını, nizamnaməsini öyrəniblər. Layihənin 4-cü günündə iştirakçılar şanlı qələbəmizin qəhrəmanları olan Aprel qaziləri ilə görüşüblər. Görüşdə vətənpərvər gənclik, həqiqi hərbi xidmət və Aprel Zəfəri haqqında müzakirələr aparılıb. Həmçinin layihədə gənclərə hərbiçilər tərəfindən ilkin tibbi yardım təlimi keçirilib. İkin Tibbi Yardım təliminin ardından, komandalar "Nə? Harda? Nə zaman?” intellektual yarışı üzrə öz güclərini sınayıblar.

Qeyd edək ki, "İrəli” İctimai Birliyinin təşəbbüsü ilə 2-10 iyul tarixlərində keçirilən layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş arasında respublikanın müxtəlif regionlarından müsahibə yolu ilə seçilən gənclər iştirak edir.

"Marş İrəli" layihəsinin ana məqsədi müharibə şəraitində yaşayan dövlətin gənclərinin vətənpərvər ruhda yetişməsinə dəstək verməkdir. Vətənpərvərlik ruhunda böyüyən gəncliyin ərazi bütövlüyümüzün təmin olunmasına və qorunmasına hər an hazır olması və özünü hazır hiss etməsi layihənin qarşıya qoyduğu əsas hədəflərdəndir. Eyni zamanda müharibə şəraitində yaşayan ölkə olaraq gənclərin vətənə, xalqa, millətə bağlılığının artırılması, vətənpərvərlik ruhunun aşılanması, informasiya müharibəsində gənclərin yaxından iştirakının təmin olunması, onların asudə vaxtının səmərəli təşkil edilməsi ilə ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq da layihənin qarşısına qoyduğu əsas hədəflərdən biridir.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun və "İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024