Deputat əlilliyi olan sahibkarları dinlədi
Tarix: 03-07-2019 | Saat: 14:53
Bölmə:Ölkə | çapa göndər
Milli Məclisin deputatı Tahir Mirkişili Sumqayıt şəhərində “Əlil Sahibkarlar Təşkilatı” ictimai birliyi ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri prinsiplərinə uyğun sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və əlilliyi olan şəxslər arasında işsizlik probleminin həllinə dair əlilliyi olan sahibkarlarla görüş keçirib.
Modern.az xəbər verir ki, görüşdə Azərbaycanda dövlət başçısının əlilliyi olan şəxslərə qayğısından, 1-ci Vitse-Prezident Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərin həyatlarının yaxşılaşdırılması yönümündə gördüyü tədbirlərdən, əlilliyi olan şəxslər üçün dövlət dəstəyinin daim gücləndirilməsi, onların sosial müdafiəsi istiqamətində atılan addımlardan danışan Tahir Mirkişili sahibkarlıq, özünüməşğulluq sahəsində əlilliyi olan şəxslərin iqtisadiyyata daha çox inteqrasiyasına ehtiyac olduğunu vurğulayıb. Bunun üçün dövlət orqanları ilə yanaşı əlilliyi olan şəxslərin özlərinin və sahibkarlıq subyektlərinin də aktiv olmalı olduğunu, təşəbbüs göstərmələrini və bu məqsədlə peşə ixtisaslarını artırmaq üçün lazımı şəraitin olduğunu da qeyd edib.
Müzakirələrə qatılan əlilliyi olsn sahibkarlar həyata keçirdikləri layihələrdən bəhs edərək onların yaradıcı işlərdə böyük potensiallarının olduğunu qeyd ediblər. Hazırda uğurlu layihələr həyata keçirən əlilliyi olan sahibkarlar öz fəaliyyətlərini genişləndirmək üçün yeni avadanlıqlara və binalara ehtiyac olduğunu vurğulayıb.
Əlilliyi olan sahibkarların təklif və istəklərinin müzakirə olunacağını qeyd edən Tahir Mirkişili bu istiqamətdə dövlət orqanlarının həyata keçirəcəyi layihələrdən bəhs edərək, həm də özəl sahibkarlıq subyektləri ilə də görüşlər keçirilicəyini bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024
11:36 Ağ Evdən Açıqlama...