Mobil versiya
Bakıda işləməyən svetoforlarln fəaliyyəti bərpa edildi - YENİLƏNİB
Tarix: 03-07-2019 | Saat: 12:54
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakıda işləməyən svetoforlarln fəaliyyəti bərpa edildi


Bakıda fəaliyyətində fasilə yaranan svetoforların işi bərpa edilib.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.


***

Hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində svetoforlar işləmir.



Bu barədə Modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib ki, buna səbəb elektrik təchizatının kəsilməsi ilə əlaqədardır.

Qurum rəsmisi sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələrini xahiş edib.

Qeyd edək ki, iyunun 29-da saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.



“Azərenerji” ASC-dən verilən məlumata görə, son zamanlar enerjisistemdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb. Amma həmin vaxtdan etibarn paytaxtda və eləcə də bölgələrdə elektrik enerjisinin verilişində fasilələr müşahidə olunmaqdadır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024