Mobil versiya
İcra Hakimiyyəti 16 polisi mükafatlandırdı
Tarix: 2-07-2019, 14:45 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

İcra Hakimiyyəti 16 polisi mükafatlandırdı


İyulun 2-də Azərbaycan Polisinin yaranması münasibətilə Binəqədi rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib.



Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Polis İdarəsinin rəis müavini Vüsal Axundov, Binəqədi Rayon Prokurorunun müavini Elgiz Qənizadə, Binəqədi Rayon Mühafizə İdarəsinin rəisi Samir Xan-Babayev, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, BRİH başçısı Aparatının məsul işçiləri və Polis İdarəsinin şəxsi heyəti iştirak edib.



Tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov açıq elan edərək Azərbaycan Polisi Gününün yaranması tarixindən və bu gün bu sahədə əldə edilən uğurlardan danışdı. Natiq daxili işlər orqanlarının əməkdaşlarına xidmətdə uğurlar arzuladı. Sonra tədbirdə çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəis müavini Vüsal Axundov, Binəqədi Rayon Prokurorunun müavini Elgiz Qənizadə, Binəqədi Rayon Mühafizə İdarəsinin rəisi Samir Xan-Babayev,Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik edərək onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladılar. Natiqlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə ictimai asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı Azərbaycan polisinin ləyaqətlə yerinə yetirdiyini vurğuladılar.



Sonra xidməti vəzifəsində fərqlənmiş 16 nəfər polis işçisinə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları təqdim edilmişdir.


aia.az



586 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30