Mobil versiya
Ağcabədidə ƏMƏLİYYAT: Narkotik satanlar tutuldu
Tarix: 28-06-2019 | Saat: 15:06
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Ağcabədidə ƏMƏLİYYAT:



Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan daha bir şəbəkənin üzvləri ifşa ediliblər.



Modern.az xəbər verir ki, Baş İdarə əməkdaşlarının Ağcəbədi rayonu ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakinləri Sabir Məmmədov və Röyal Qaraşov narkotik vasitə olan heroin satmaq istəyən zaman saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan zaman ümumilikdə yüksək psixotrop təsirə malik narkotik vasitə 1 kiloqram 500 qram heroin aşkar olunaraq götürülüb. Hər iki şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduqlarını etiraf edib.



Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.





aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024