Mobil versiya
G20 ölkələrinin sammiti başladı - Putin Ərdoğanla müzakirə apardı
Tarix: 28-06-2019 | Saat: 10:26
Bölmə:Manşet / Dünya | çapa göndər

G20 ölkələrinin sammiti başladı -


Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Osaka şəhərində keçirilən G20 zirvə toplantısı çərçivəsində söhbət ediblər.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, qısa söhbətdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Ölkə başçılarının ikitərəfli görüşü iyunun 30-da nəzərdə tutulur.


Qeyd edək ki, iyunun 28-də Osakada G20 ölkələrinin dövlət və hökumət başçılarının sammiti rəsmi olaraq işə başlayıb.

Yaponiyanın sədrlik etdiyi sammitin işində “Böyük iyirmiliyə” daxil olan ABŞ, Avropa İttifaqı, Argentina, Avstraliya, Almaniya, Böyük Britaniya, Kanada, Koreya Respublikası, Çin, Fransa, İndoneziya, İtaliya, Hindistan, Meksika, Cənubi Afrika Respublikası, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Yaponiya ilə yanaşı, İspaniya, Sinqapur, Tailand, Misir, Seneqal, Çili, Vyetnam, Niderland, həmçinin BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq qurumlar da iştirak edirlər.

Sammitin əsas məqsədi rəqib tərəflər arasında mövcud ziddiyyətlərə baxmayaraq, gündəlikdə duran məsələlər ətrafında konsensusa gəlməkdir.

Sammit çərçivəsində dörd sessiyanın keçirilməsi planlaşdırılır. Sessiyalarda müzakirə ediləcək əsas mövzular isə dünya iqtisadiyyatı, rəqəmsal innovasiyalara, qadınların hüquq və imkanlarının genişləndirilməsi, həmçinin ətraf mühit məsələlərini əhatə edir.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024