Mobil versiya
Turizm Bürosu: “Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb”
Tarix: 27-06-2019 | Saat: 12:58
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Turizm Bürosu:


"Rusiya həmişə Azərbaycan üçün ən perspektivli bazar olub. Eyni zamanda ordan gələn qonaqlar da bizim üçün əhəmiyyətlidir" .



Modern.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqatşmid deyib. O bildirib ki, hazırda yaranan situasiyada Rusiya bazarını Azərbaycana çəkmək üçün müxtəlif təşviq kampaniyaları haqqında düşünülür:

"Hansısa bir şəxs Batumidə istirahət planlaşdırıbsa, bu o demək deyil ki, o mütləq Azərbaycana gələcək. Hazırda turizmdə beynəlxalq rəqabət mövcuddur. Turistlər həmçinin Türkiyəni , digər region ölkələrini seçə bilərlər. Bu baxımdan elə etməliyik ki, turistlər Azərbaycana üz tutsunlar". Direktorun sözlərinə görə, son baş verən hadisələrdən sonra Gürcüstana gedən azərbaycanlıların sayında azalma müşahidə edilmir:

"Azərbaycan Gürcüstan üçün əsas bazarlardan biridir. Bu baxımdan bizdən ora gedənlərin statistikasında dəyişiklik yoxdur. Bir daha qeyd etmək istəyirəm ki, bizim məqsədimiz onların Azərbaycana gəlişini təmin etməkdir".

Zenqatşmid həmçinin turistlər üçün tibbi sığortadan da söz açıb:
"Düşünmük ki, tibbi sığortanın mütləq şəkildə dövlət tərəfindən qarşılanması və turistlərdən tələb olunması önəmlidir. Çünki bu , məhdudlaşdırıcı faktor kimi qəbul oluna bilər. Biz əsas düşünür ki bu, yerli şirkətlər tərəfindən təmin olunmalıdır. Onlar gələn qonaqlarını sığortalamalıdırlar. Hələ ki, bu cür təşəbbüslə çıxış etmək fikrimiz yoxdur".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024