Mobil versiya
Bakıda polis əməliyyatı: Qanunsuz silahlar aşkarlandı
Tarix: 21-01-2016 | Saat: 16:36
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər


DİN məlumat yaydı.

Bakıda polis tərəfindən keçirilən 2 əməliyyatda qanunsuz saxlanılan silahlar aşkar edildi.
Aia.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hümbətovun yaşadığı mənzilinə baxış zamanı “TT” markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

Digər əməliyyat isə Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı idarəsi əməkdaşları tərəfindən yanvarın 12-də həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Ağayevin Balaxanı qəsəbəsindəki evindən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 13 ədəd patron aşkar edilərək götürülüb.

V.Ağayevin yaxınlarından biri “TOZ-8” markalı nömrəsi silinmiş ov tüfəngini və ona aid nişangahı könüllü olaraq BBPİ-yə təhvil verib və bu silahın da V.Ağayevə məxsus olmasını bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024