Mobil versiya
Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi
Tarix: 27-06-2019, 12:47 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi


Azərbaycan Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 200 nəfər Azərbaycan vətəndaşı 2019-2020-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.



Bu haqda Modern.az-a Təhsil Nazirliyindən bildirilib.



Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə 200 nəfər, o cümlədən 18 nəfər PhD (istənilən maraq dairəsində), 166 nəfər magistratura, 16 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.



Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, "University of Szeged", “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” və digərləri ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.



Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə 2018-ci il noyabrın 23-də elan verilib.


aia.az



547 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031