Mobil versiya
Zaqatala – dinamik inkişaf davam edir
Tarix: 24-06-2019, 12:18 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Zaqatala – dinamik inkişaf davam edir




Baş memar Fərman Əhmədovun fəaliyyəti rayonda tikinti, quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə öz dəyərli tövhələrini verməkdədir

Bu gün sürətlə inkişaf edən bölgələrimizdən biri də Zaqatala rayonudur. Təsadüfi deyildir ki, bu bölgədə indiyədək görülmüş və hal-hazırda da böyük ruh yüksəkliyi ilə həyata keçirilməkdə davam edən quruculuq işləri həm rayonun, həm də ölkənin ictimaiyyəti tərəfindən kifayət qədər yüksək qiymətləndirilir.

2018-ci il yüksək nailiyyətlərlə əlamətdar olub

Təkcə ötən ilin iqtisadi yekunları ilə bağlı statistik göstəricilərə nəzər salsaq, Zaqatalada bütün sahələrdə dinamik inkişafın getdiyinin şahidi olarıq. Belə ki, 2018-ci il ərzində rayonda cəmi 333 milyon 91 min manat məhsul istehsal edilib və xidmətlər göstərilib. Aqrar sahədə həyata keçirilən davamlı tədbirlər sayəsində 2018-ci ildə Zaqatala rayonunda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 4 faiz artaraq 127 milyon 752 min manat olub. Hesabat ilində rayonun kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Rayonda 1127-si daimi olmaqla 1207 yeni iş yeri açılıb.Tikinti-quraşdırma işlərinin həcmi 29 milyon 101 manat təşkil edib. 1264 yerlik tam orta məktəb, 250 yerlik 5 uşaq bağçası tikilib, 4 uşaq baxçasında bərpa işləri aparılıb, Uzun Qazmalar və Höytala kəndində iki modul tipli bina quraşdırılıb, iki tibb məntəqəsi tikilib, çoxlu sayda təhsil, səhiyyə, mədəniyyət və idman-sağlamlıq müəssisələri əsaslı təmir edilib, sel sularından mühafizə tədbirləri həyata keçirilib. Hesabat məruzəsində həmçinin rayonda ölkə əhəmiyyətli yolların təmir edildiyi, su təminatının yaxşılaşdırılması məqsədi ilə 61 ədəd subartezyan quyusunun qazıldığı, Lahıc, Bəhmətli və Kürdəmir kəndləri təbii qazla təmin edildiyi vurğulanıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün rayonda 3 ədəd fərdi ev tikilib istifadəyə verilib.




Rayonun iqtisadi inkişafı təcrübəli idarəçiliklə təmin olunur

Əlbəttə ki, Zaqatalanın iqtisadi inkişafı, sakinlərin rifah səviyyələrinin getdikcə artması ilk növbədə Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadənin ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası yönümündə həm özünə, həm də digərlərinə qarşı son dərəcə yüksək tələbkarlıq nümayiş etdirməsi, işə məsuliyyətlə yanaşması və ən əsası da həmin vəzifələrin icrasını bilavasitə rayon sakinləri ilə sıx əməkdaşlıqda, vəhdətdə həyata keçirə bilməsi ilə təmin olunur. Rayonda bütün iqtisadi potensial səfərbər olunmaqla tikinti, abadlıq, quruculuq, sosial həyat sahələrində qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilir. Məhz Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadənin səmərəli idarəetmə təcrübəsi, onun ölkə rəhbərliyi tərəfindən müəyyən edimiş iqtisadi islahatlar kursunu uğurla həyata keçirmək bacarığı rayonun bütün sahələrində dinamik inkişafın getdikcə sürətlənməsini təmin edən əsas amillərdən biri kimi çıxış edir. İkinci bir tərəfdən isə hər bir uğurlu rəhbərin ətrafında bacarıqlı əməkdaşların, yaradıcı insanların olması da zəruri şərtlərdəndir. O cümlədən, bu gün Zaqatala RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Fərman Əhmədovun fəaliyyəti də Zaqatalada tikinti, quruculuq və abadlıq işlərinin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.



Yaradıcı insan, dövlətçiliyə sadiq məmur



Fərman Əhmədovu xarakterizə etmək üçün onun bir çox müsbət xüsusiyyətlərini, işgüzarlığını və peşəkarlığını, yüksək insani keyfiyyətlərini sadalamaq olar. Lakin məhz bu iki xüsusiyyət hər bir dövlət qulluqçusunun şəxsiyyətinin əsas meyar göstəriciləri kimi çıxış edə bilər. O cümlədən Fərman müəllimin xalqa, dövlətə və ölkə rəhbərliyinə qarşı olan sədaqəti və loyallığı onun əmək fəaliyyətində olduğu müddət ərzində dəfələrlə ən ciddi sınaqlardan keçmişdir. Fərman Əhmədov barəsində danışarkən belə bir məqam da xüsusi olaraq qeyd olunmalıdır ki, onun doğma rayonun inkişafına xidmət edən fəaliyyəti və bu fəaliyyətində nümayiş etdirdiyi peşəkarlığı eyni zamanda həm yerli ictimaiyyət, həm də rayon rəhbərliyi tərəfindən kifayət qədər yüksək qiymətləndirilir.



Bu gün Zaqatalada gedən abadlıq-quruculuq işlərində, binaların təmir və bərpa olunmasında, onlara tarixi görkəmlərinin qaytarılmasında, park və xiyabanların tamamilə yenidən qurulmasında, gözəl istirahət zonalarının yaradılmasında və ümumiyyətlə bu səpkidə yeni layihələrin reallaşdırılmasında rayonun baş memarı kimi, Fərman müəllimin danılmaz xidmətləri vardır.



İnanırıq ki, Fərman Əhmədov bundan sonra da bütün bilik və bacarığı ilə, yüksək potensialı və peşəkar xüsusiyyətlərilə Zaqatalanın inkişafı və çiçəklənməsi işinə öz gözəl tövhələrini verməkdə davam edəcəkdir. Bu yolda ona və Zaqatala rayonunun rəhbərliyinə yeni-yeni uğurlar diləyirik.


aia.az
Abbas Abbasov
Elbrus Bağırov



5315 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031