Mobil versiya
Əli Əhmədov Nazirlər Kabinetində iclas keçirdi
Tarix: 21-06-2019, 18:16 | Saat: 15:47:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Əli Əhmədov Nazirlər Kabinetində iclas keçirdi



İyunun 21-i Nazirlər Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının səkkizinci iclası keçirilib.

Bu haqda Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib.


Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov iclasın gündəliyində duran məsələlərdən danışıb.



O, iclasın əsas məqsədinin Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunacaq İkinci Könüllü Milli Hesabatın təqdimatı və təsdiq edilməsi, həmçinin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyətinin səmərəli təşkili məqsədilə dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qruplarının tərkibinə yeni qurumların nümayəndələrinin daxil edilməsi məsələləri olduğunu deyib.


İkinci Könüllü Milli Hesabatın təqdimatının hazırlanması barədə məlumat verən Baş nazirin müavini bildirib ki, Azərbaycan BMT-yə dayanıqlı inkişaf üzrə ikinci hesabat verən 14 ölkədən biri olacaq. Azərbaycanın sürətlə dəyişən bir gənc ölkə kimi bütün nailiyyətləri, eləcə də ölkəmizdə insan amilinin inkişaf etdirilməsi ilə bilavasitə əlaqədar olan məsələlər bu hesabatda öz əksini tapıb. Əli Əhmədov vurğulayıb ki, sənəddə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda sosial sahədə həyata keçirilən islahatlar, ölkə vətəndaşlarının sosial rifahının artımı üçün görülən tədbirlər geniş qeyd olunub. Sənədin yüksək peşəkarlıqla hazırlandığını deyən Baş nazirin müavini bu sahədə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılan işçi qrupların fəaliyyətini də təqdirəlayiq qiymətləndirib.


Sonra gündəlikdəki hər iki məsələ ilə bağlı Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov təqdimat edib. Təqdimatdan sonra Şura üzvlərinin çıxışları olub. İclasda Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyü və qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirildiyi bildirilib.




Sonda İkinci Könüllü Milli Hesabat, həmçinin Şuranın dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qruplarının tərkibinə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin daxil edilməsi məsələsi Şura tərəfindən təsdiqlənib.


aia.az



5180 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

11-10-2019
10-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031