Mobil versiya
Azərbaycana xaricdən gətirilən çiyələk yeməlidirmi? - RƏSMİ CAVAB
Tarix: 21-06-2019, 16:06 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Azərbaycana xaricdən gətirilən çiyələk yeməlidirmi?


"Azərbaycana xaricdən gətirilən məhsullar gömrük ərazisinə daxil olduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun ekspertizadan keçirilir”.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, ölkəyə idxal edilən məhsullardan agentliyin müfəttişləri nümunələr götürəndən sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir və ekspertizanın nəticələri uyğun olduqda məhsulun yerli bazarda sərbəst ticarət dövriyyəsinə icazə verilir: "Respublika ərazisinə 2019-cu ilin ilk 4 ayında idxal olunan ümumilikdə 47,9 ton çiyələyə fitosanitar karantin baxışı keçirilib.

Qeyd edək ki, idxal olunan çiyələyin iri olmasının əsas səbəbi istixanalarda yetişdirilməsi ilə əlaqələndirilir. Həmin sortların meyvələri böyük və bərk olması ilə fərqlənir. Eyni zamanda, həmin sortlar daşınma və saxlanma şəraitinə davamlı olurlar”.

Məlumatda həmçinin bildirilib ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, agentlik plandankənar (növbədənkənar) yoxlamalar aparır və həmin məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların satılan qida məhsulları ilə bağlı şübhələri olarsa, bu barədə agentliyin 1003 "Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.(lent.az)



aia.az



597 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

11-10-2019
10-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031