Gürcüstanın azərbaycanlı deputatları Tbilisidəki vəziyyəti şərh etdilər
Tarix: 21-06-2019 | Saat: 12:57
Bölmə:Siyasət | çapa göndər
“Hazırda Gürcüstanda vəziyyət tam nəzarət altındadır. Gecə saatlarında aksiya iştirakçıları parlamentin binasını tutmaq istədilər. Hətta bir neçə nəfər parlament binasına daxil ola bilmişdi. Müxalifət deputatları iclas zalını zəbt etmişdilər. Bildiyim qədərilə müxalifətdə olanların ssenarisi ondan ibarət idi ki, mitinq iştirakçıları tərəfindən parlament binası tutulsun. Bu da onların inqilab planının başlanğıcı idi”.
Bunu Modern.az-a açıqlamasında hakim Gürcüstanda “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev dünən baş verənləri şərh edərkən deyib.
Parlamentari dünənki hadisələrin cəmiyyət üçün çox böyük təhdid olduğunu xüsusi vurğulayıb:
“Fəlakət dolu ssenarilər düşünülmüşdü. Hüquq-mühafizə orqanları baş verənlərə adekvat cavab tədbirləri həyata keçirdilər”.
Azərbaycanlı deputatın sözlərinə görə, Gürcüstanda müxalifətin geniş dayağı yoxdur:
“Halbuki, etiraz etmək vətəndaşların haqqıdır. Çünki rus nümayəndə heyətinin Gürcüstan parlamentinin masasında əyləşməsini haqlı olaraq həzm edə bilməyiblər. Sadəcə, müxalifət öz məqsədləri üçün istifadə etməyə çalışdı. Qısa müddətdə baş verənlər siyasi məcraya yönəldildi. Siyasi məcradan daha çox dövlət qurumlarının qanunsuz olaraq tutulması, mitinqçilər tərəfindən icazəsiz hərəkətlərə yol verilməsi, hüquq-mühafizə orqanlarına qarşı zorakılıq, onların xidməti vəzifələrini yerinə yetirmələrinə qarşı maneçilik bir növ anarxiya ab-havası yaratmağa hesablanmışdı. Qismən də buna nail oldular. Gecə saatlarında Saakaşvilinin partiyasının ən nüfuzlu liderlərindən biri olan Qriqol Vaşadze hökumətə ultimatum tələblər verdi. Parlament sədri, daxili işlər naziri, təhlükəsizlik xidmətinin rəhbəri istefa versin və sairə. Bunun ardınca parlamentə hücumlar başladı”.
Gürcüstan parlamentində təmsil olunan digər azərbaycanlı deputat Azər Süleymanov bildirib ki, Gürcüstanda vaxtından əvvəl parlament seçkiləri ola bilər: “Hər halda, bunu gedişat göstərəcək. Bu gün Gürcüstanda vəziyyət 180 dərəcə dəyişə bilib. Saakaşvili yeganə insandır ki, Gürcüstanı böhrandan çıxara bilər. Saakaşvili Ukrayna vətəndaşıdır, bütün işləri ordadır. Ukrayna parlament seçkilərinə hazırlaşır. Saakaşvili daim Gürcüstan üçün mübarizə aparıb və ona görə də hər zaman ölkəmizə lazımdır. Bu gün Gürcüstan əhalisi böyük etirazını Rusiya deputatlarına qarşı yox, İvanaşvili rejiminə qarşı edirlər. İnsanlar boş vədlərdən beziblər. Üstəlik 20% torpaqlar işğal altındadır. Rusiyalı deputatın Gürcüstan parlament sədrinin yerində oturaraq məqsədyönlü şəkildə rusca danışması bir daha bütün sərhədlərin pozulduğunu göstərdi. Bu zaman insanlara başqa yol qoyulmadı. Buna görə də insanlar dövlət və gələcələri üçün küçəyə çıxdılar. Hesab edirəm ki, qısa vaxt ərzində İvanaşvili rejimi keçmişdə qalacaq”.
Qeyd edək ki, Rusiya Dumasının üzvlərinin Tbilisidə beynəlxalq tədbirdə iştirak etməsi və rusiyalı deputat Sergey Qavrilovun Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi ictimaiyyət arasında böyük narazılıq yaradıb. Bu narazılıq sonda qarşıdurmaya gətirib...
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər