Mobil versiya
İlin əvvəlindən 463 sahibkara 46 milyon manat güzəştli kredit verilib - Nazir müavini
Tarix: 21-06-2019 | Saat: 11:14
Bölmə:İqtisadiyyat | çapa göndər

İlin əvvəlindən 463 sahibkara 46 milyon manat güzəştli kredit verilib


Bu ilin əvvəlindən bəri 463 sahibkarın ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Nazir müavininin sözlərinə görə, həmin investisiya layihələrin reallaşdırılması 1800-dək iş yerinin yaradılmasına imkan yaradır.

Sahib Məmmədov, həmçinin qeyd edib ki, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara heyvandarlıq, bağçılıq, tərəvəzçilik sahələrinin inkişafı üçün 781 min manat güzəştli kredit verilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024