Mobil versiya
Qəbələdə ev partladı, körpə faciəli şəkildə öldü
Tarix: 19-01-2016 | Saat: 15:55
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Qəbələdə ev partladı, körpə faciəli şəkildə öldü
Ailə 2 yaşlı uşağı evdə yatdıraraq digər evlərinə gediblərmiş.
Qəbələdə yaşayış evində partlayış baş verib. Hadisə rayonun Aydınqışlaq kəndində qeydə alınıb. Nəticədə ev sahibinin 2 yaşlı övladı dünyasını dəyişib.

Aydınqışlaq kənd sakinlərinin verdiyi məlumata görə, Qəbələ rayonunun Aydınqışlaq kənd sakini Yulət Cabbarovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Hadisə zamanı ev sahibi və onun ailə üzvləri 2 yaşlı Xədicə Cabbarovanı evdə yatdıraraq digər evlərinə gediblər.

Evin tüstüləndiyini görən kənd sakinləri yanğının qarşısını almağa çalışıblar. Yanğının söndürülməsi zamanı 2 yaşlı körpənin evdə olduğu məlum olub və evə baxış keçirən zaman Xədicənin tüstüdən boğularaq öldüyü müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Ailənin Xədicədən başqa bir övladı var.

Bənzər hadisə noyabr ayının 20-də Cəlilabadın Əliqasımlı kəndində qeydə alınıb. Kənd sakini Nurəddin Abiyevə məxsus bir mərtəbəli yaşayış evində yanğın başlayıb. Yanğına səbəb isə odun sobasından xalçanın üzərinə köz düşməsi olub.

Düşən köz mənzildə yanğına səbəb olub və ümumi sahəsi 108 kv.metr olan ev alovların cəngində qalıb. Yanğın zamanı evdə ev sahibinin 3 yaşlı övladı olub. 2012-ci il təvəllüdlü Xəzər Nurəddin oğlu Abıyev yanan xalçanın üzərində yatıbmış.

Azyaşlının valideynləri həyətdə olduqları üçün yanğından gec xəbər tutublar. Onlar evə daxil oldanda isə uşaq tüstüdən zəhərləndiyi üçün dünyasını dəyişmiş olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024