Mobil versiya
Rövşən Rzayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşdü
Tarix: 14-06-2019, 16:57 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Rövşən Rzayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşdü


İyunun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT İnkişaf Proqramının (BMTİP) Azərbaycanda yeni təyin olunmuş rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.



aia.az xəbər verir ki, Dövlət Komitəsinin sədri əvvəlcə Alessandro Frakasettini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.



Qonağa ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə bağlı aparılan dövlət siyasətinin məqsəd və nəticələri, son vaxtlar həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edib. Onlar üçün salınan qəsəbələrin sayı ilbəil artır, hər il minlərlə məcburi köçkün ailəsi yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllini diqqətdə saxlayır.



Alessandro Frakasetti səmimi qəbula və təbrikə görə təşəkkürünü bildirib. BMTİP-in Azərbaycandakı fəaliyyətində qaçqınlar və məcburi köçkünlərlə bağlı layihələrə böyük əhəmiyyət verildiyini vurğulayan qonaq bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün səyini əsirgəməyəcəyini bildirib.



Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


aia.az



5112 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

11-10-2019
10-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031