Mobil versiya
Konfederasiyanın prezidenti: Minlərlə sahibkarın borcu silinib
Tarix: 14-06-2019, 14:52 | Saat: 15:47:00
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Konfederasiyanın prezidenti: Minlərlə sahibkarın borcu silinib


Vergi amnistiyası haqqında qanunun tətbiqi ilə minlərlə sahibkarın faiz və maliyyə sanksiyasına görə hesablanmış borcu silinib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib. O bildirib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası Vergilər Nazirliyi ilə də sıx əməkdaşlıq edir. Konfederasiya sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, orta və kiçik sahibkarlığın inkişaf etdirilməsinə yönəlmiş vergi qanunvericiliyinə dair təkliflər irəli sürür:

"Bu gün Azərbaycan sahibkarları dövlət tərəfindən bir çox vergi güzəştləri ilə əhatə olunublar. Vergi amnistiyası haqqında qanunun tətbiqi ilə minlərlə sahibkarın faiz və maliyyə sanksiyasına görə hesablanmış borcu silinib. Hazırda Azərbaycan Respublikası Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü mövcuddur. Bununla bərabər, xarici dövlətlərlə aparılan əməliyyatlarda ikiqat vergitutma da aradan qaldırılıb".

aia.az



5233 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

11-10-2019
10-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031