Mobil versiya
Mübariz Qurbanlı: "Əhalinin təxminən 7-8 faizi dini ayinləri məscidlərdə icra edir"
Tarix: 13-06-2019 | Saat: 18:03
Bölmə:Ölkə | çapa göndər

Mübariz Qurbanlı:


Azərbaycanda əhalinin məscidlərə dini ayinlərdə iştirakı ilə bağlı monitorinq aparırıq.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı deyib ki, aparılan monitorinqlər onu göstərir ki, Azərbaycanda əhalinin təxminən 7-8 faizi dini ayinlərini məscidlərdə icra edir:

"Bakıda 134 məsciddə də aparılan monitorinq nəticələri eyni statistikanı verir. Bu o demək deyil ki, ölkədə əhalinin dinə olan inancları fərqlidir və ya dini ayinləri icra etmir. İnsanlar dini ayinləri adətən öz evlərində icra edir və bu onların şəxsi seçimləridir. Burada heç bir məcburiyyət yoxdur və heç kim irad tutula bilməz.

"Hazırda bütün məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi imamlar var. Vəhdət namazı qılınan məscidlərdə isə iki imam təyin olunur və onlar da növbəli şəkildə bu namazı həyata keçirir. Elə məscidlər var ki, orada imam, onun köməkçisi və ya mütəvəlli var. Bu gün Bakıda təyinatı olmayan məscidlər demək olar kı, yoxdur. Bəziləri də var ki, sənədlərində müəyyən problemlər var. Çalışırıq ki, onlar da qanuni fəaliyyət göstərsinlər".(trend)


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024