Mobil versiya
“Kənd təsərrüfatı məhsullarının istehsalı 2 dəfə artıb” - İnam Kərimov
Tarix: 13-06-2019 | Saat: 18:00
Bölmə:Gündəm | çapa göndər

“Kənd təsərrüfatı məhsullarının istehsalı 2 dəfə artıb”


"Məqsədimiz dayanıqlı kənd təsərrüfatı sistemi yaratmaqdır".
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov V Azərbaycan- Avropa Ittifaqı biznes forumunda çıxış zamanı deyib. Onun sözlərinə görə, nazirlik bütün kənd təsərrüfatı məhsullarının keyfiyyətli və təhlükəsiz olmasına çalışır:

"Ümumilikdə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2 dəfə artıb. Ötən il ərzində isə bu sahədə artım 4.6 faiz olub. İxracın təşviqində təsirli nəticələr əldə edilib. Ötən il kənd təsərrüfatı məhsullarının ixracı 11 faiz artıb".

Nazir qeyd edib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfarı məhsulları keyfiyyət baxımından rəqabətə davamlıdır: "Biz istəyirik ki, Aİ ilə bu sahədə əməkdaşlığı gücləndirək, Avropanın tələblərinə və standartlarına uyğun keyfiyyətli məhsullar istehsal edək. Bununla yanaşı ixracı təşviq etmək üçün qanunvericiliyə önəm veririk. Ötən il Aİ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi 237 milyon dollar olub. Azərbaycandan Aİ ölkələrinə 47.8 milyon dollarlıq məhsul ixrac edilib. 189 milyon dollarlıq kənd təsərrüfatı məhsulu isə idxal olunub. Mövcud potensialı nəzərə alaraq bu rəqəmləri xeyli artırmalıyıq".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024