Mobil versiya
Millət vəkili od püskürdü: Mənə “qaloşa dəymə” yazırlar
Tarix: 11-06-2019 | Saat: 15:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Millət vəkili od püskürdü:


Səhifələrə diqqət yetirin, bütün qumcuqlar, əksər şahçılar, xürrəmçilər həm də qaloşun qatı müdafiəçiləri kimi özlərini cırıb-dağıdırlar.

Kult.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa qeyd edib. O, sosial şəbəkələrdə yayılan və şərti olaraq “Qaloş piri” adlandırılan görüntüləri ilə bağlı açıqlamasının tənqid edilməsinə münasibət bildirib:

“Şəklimi paylaşıb, “bizim qaloşumuza toxunma!” deyirlər. Həm də “bu bizim ənənəvi islam inancımızın bir simvolikasıdır” söyləyirlər. Bu ölkəyə bir peyğəmbər, bir imam gəlməyib, ancaq nədənsə hamısının qohum-əqrabası öz doğulduqları yerdə deyil, bizdə zühur edib. Baş olanda ya bu başın üstünə papaq, ya da içinə bilgi axtarırsan. Baş olmayanda isə mövcudluğu sadəcə yeriməkdən ibarət olanlar təyinatı ayaq üçün olan qaloşu bomboş başın doldurulmasında nicat vasitəsi kimi görürlər”.

Millət vəkili gündəmdə olan qaloş mövzusunun bizim şanlı mollaxana tariximizdən irəli gəldiyini bildirib:

“Qaloş - başı olmayanların simvoludur, bu yalnız bizdə deyil, xaraba qalmış Şərqin qumsallıqlarında əsrlərdir belədir. Bu sonuncu üzüqara qaloş elə-belə yerdən çıxmayıb, bizim şanlı mollaxana-mərsiyəxan tariximizdən gəlir. Məhz bu qaloşun ucbatından ilk milli dərsliyimiz olan “Vətən dili” dərsliyini o mərsiyəxandan, o əzadardan, o cinçıxarandan, o pir daşına baş sürtənlərdən, o zəncir aşiqlərindən kimsə yazmadı. İlk dərsliyimizi, vətən dilimizi rus əsilli fiziki şikəstliyi olan Aleksanr Osipoviç Çernyayevski yazıb və Qori Müəllimlər Seminariyasında bizim əsrlərdir davam edən mənəvi şikəstliyimizə bu dərsliklə meydan oxuyub. Bu gün yenə də qaloşun arxasındakı həmin zümrə Azərbaycanın mənəvi şikəstliyi üçün gündəlik həyatımızdan tutmuş sosial şəbəkələrə qədər öz viruslarını yaymağa davam edirlər. Bu dəfə o qəhrəman Çernyayevski yoxdur, “Vətən dili” dərsliyimizi kim yazacaq? Bu qaloş simvolik anlamda vətənimizin mənəvi çöküşünün ən ciddi əlamətlərindən biridir. Dərslik yaza bilməsək də, cəhalətə, xurafata, nadanlığa qarşı vətən dilində dirənişimizi ortaya qoymalıyıq. Başı təyinatı üzrə işlətməyən bir xalqın başına əxlaq, elm, iman yerinə bundan sonra da üfunət verən müqəddəs qaloş yerləşdirəcəklər. “Müqəddəs yer boş qalmır” məsəli”.

Qeyd edək ki, sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küyə səbəb olub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024