Mobil versiya
Kamal Abdulla “İlin ən yaxşı rektoru” seçilib
Tarix: 11-06-2019 | Saat: 11:38
Bölmə:Karusel / Təhsil | çapa göndər

Kamal Abdulla “İlin ən yaxşı rektoru” seçilib


Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla “İlin ən yaxşı rektoru” seçilib.

Trend-in məlumatına görə, bu barədə Facebook sosial şəbəkəsinin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Xalq yazıçısı Kamal Abdulla “2018-2019-cu tədris ilinin ən yaxşı rektoru" sosial tələbə sorğusunda 45% səs çoxluğu ilə qalib olub:

“Bundan əlavə, tədris ili ərzində Kamal Abdulla sosial aktivliyi, tələbələrinin rifah halının yaxşılaşması üçün atdığı addımlar və tələbələrin sevimli pedaqoqu olması bu səsverməyə təsir edib.

Final seçki statusu 3 günə 100.000 nəfər görülmə (post reach) ilə rekord vurub. Bu, akademik Kamal Abdullanın və tələbələrinin qələbəsidir! Təbrik edirik!” – deyə, məlumatda qeyd olunur.

Qeyd edək ki, soğruda Azərbaycan Dillər Universitetinin tələbələri ilə yanaşı ölkəmizin 10-dan artıq ali məktəbinin tələbələri də iştirak edərək, ADU rektorunu dəstəkləyib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024