“İrəli” yenidən “Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsini həyata keçirəcək
Tarix: 10-06-2019 | Saat: 14:42
Bölmə:Ölkə | çapa göndər
"İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Marş İrəli” layihəsi həyata keçiriləcək.
"İrəli” İctimai Birliyi artıq 2-ci dəfədir ki, açıq hava şəraitində hərbi-vətənpərvərlik düşərgəsi keçirir. "Marş İrəli" layihəsinin ana məqsədi müharibə şəraitində yaşayan dövlətin gənclərinin vətənpərvər ruhda yetişməsinə dəstək verməkdir. Vətənpərvərlik ruhunda böyüyən gəncliyin ərazi bütövlüyümüzün təmin olunmasına və qorunmasına hər an hazır olması və özünü hazır hiss etməsi layihənin qarşıya qoyduğu əsas hədəflərdəndir. Eyni zamanda müharibə şəraitində yaşayan ölkə olaraq gənclərin vətənə, xalqa, millətə bağlılığının artırılması, vətənpərvərlik ruhunun aşılanması, informasiya müharibəsində gənclərin yaxından iştirakının təmin olunması, onların asudə vaxtının səmərəli təşkil edilməsi ilə ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq da layihənin qarşısına qoyduğu əsas hədəflərdən biridir.
Layihə haqqında fikirlərini qeyd edən "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov bildirib ki, müharibə vəziyyətində olan dövlət kimi gənclərlə birlikdə hər zaman müəyyən təbliğat işləri aparılmalıdır. Çünki hazırda hərbiçilərlə yanaşı, daha bir "döyüşçü" qüvvəsi var. Böyük bir gənc kütlə vardır ki, biz onları doğru istiqamətə yönləndirməli, istər silah, istərsə də informasiya müharibəsi haqqında məlumat bazasını genişləndirməli, məlumatlandırmalıyıq. Sayca 2-ci dəfədir həyata keçirəcəyimiz MARŞ İRƏLİ layihəsinə maraq yetərincə böyükdür.
"İrəli” İctimai Birliyinin təşəbbüsü ilə10 günə yaxın müddət ərzində keçiriləcək layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş arasında 150-yə yaxın respublikanın müxtəlif regionlarından müsahibə yolu ilə seçiləcək gənclər iştirak edəcək. Bu gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaşacaq, fiziki dözümlülüyünü artıracaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunlarında mənəvi olaraq möhkəmlənəcək və xüsusi təlim modulları vasitəsi ilə daha çox maariflənə biləcəklər.Belə ki, kəşfiyyat bölüyünün maneələri dəf etməsi, hündürlükdən tullanma üsulları, düşmən səngərinə hücum edilməsi təlimləri təcrübi olaraq göstəriləcək. Eyni zamanda təlim iştirakçılarına ocaq əldə etməyin qaydası və qida əldə etmə üsulları haqqında məlumat veriləcək. Taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlar da layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərə aiddir. 2018-ci ildə keçirilən layihədə iştirak haqqı qazanmış gənclər yenidən layihədə iştirak edə bilməzlər.
Layihə çərçivəsində gənclər ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq, onlara peşəkar mütəxəssislərin iştirakı ilə müxtəlif təlim - məşq toplanışları, fiziki və əqli tapşırıqlar, ekspert və qonaqlarla görüşlər və müzakirələr təşkil ediləcəkdir. Həmçinin, gənclər bir sıra fiziki, psixoloji və sosial fəaliyyətlərə cəlb olunacaq, nizam - intizamlı, bilikli və bacarıqlı bir vətəndaş kimi formalaşmaq yolunda təkan əldə edəcəklər. Hərbi simulyasiya formatında keçiriləcək düşərgə gənclərə hərbi mühitin aşılanması, onlarda milli ruhun formalaşması, həmçinin, fiziki və mənəvi möhkəmlənməsinə şərait yaradacaqdır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024
17-11-2024