Mobil versiya
Sürücü Aydın Şahverdiyev Xəzər rayon DYP işçisin rüşvətdə ittiham edir - NAZİRƏ MÜRACİƏT
Tarix: 07-06-2019 | Saat: 12:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Sürücü Aydın Şahverdiyev Xəzər rayon DYP işçisin rüşvətdə ittiham edir - NAZİRƏ MÜRACİƏT


Xəzər rayonu Binə sovxozunda yaşayan Aydın Xanverdi oğlu Şahverdiyev tərəfindən “Kainat.tv” - yə müraciət daxil olub. Müraciət özbaşıbalıq edib rüşvət yığan polisdən söhbət açılır. Həmin müraciəti olduğu kimi oxuculara təqdim edirik:

"Mən avtomobilimi heç bir qayda pozuntusu etmədən idarə etdiyim zaman Xəzər rayon DYP-nin müfəttişi məni saxladı, maşını protokol yazmadan cərimə meydançasına apardı. Sonra isə mənə dedilər ki, ged 150 manat gətir, gəl maşınını apar. 03 iyun 2019-cu ildə Xəzər rayon DYP şöbəsində oldum, xeyli yalvar-yaxardan sonra DYP-nin birinci mərtəbəsində NÖVBƏTÇİ otağında Tahir adlı şəxs məndən 100 manat pulu əlbəəl aldı və avtomobilimi cərimə meydançasından buraxdı.

Onuda əlavə edim ki, bütün bu hadisələrə mənimlə birlikdə Xəzər rayon DYP-nə gedən “Arama” jurnalının baş redaktoru Mahir Məmmədoğlu da şəxsən şahiddir.

Hörmətli redaksiya - Sizdən xahiş edirəm ki, Xəzər rayon DYP-nin əməkdaşlarının özbaşınalığı, qanunsuz əməlləri barədə mənim şikayətimi, Daxili İşlər naziri Cənab Ramil Usubova, Baş Prokuror Cənab Zakir Qaralova , xüsusən də ölkə başçısı Prezident İlham Əliyev Cənablarına çatdırasız. Son ümid yeri kimi sizə müraciət edirəm ki, hörmətli Ramil müəllim belə özbaşınalıq edib, qazanc əldə edən polisləri cəzalandırıb yerini göstərsin...!"

Şahverdiyev Aydın xanverdi oğlu
Ş\V AA 0388250
Sürücü Aydın Şahverdiyev Xəzər rayon DYP işçisin rüşvətdə ittiham edir - NAZİRƏ MÜRACİƏT
Qeyd edək ki, Xəzər rayon DYP-nin əməkdaşları Xəzər rayonu Binə - Sovxoz yolunda vaz 21-07 markalı 10 – OR – 542 dövlət nömrə nişanlı minik avtomobilini saxlayaraq heç bir protokol tərtib etmədən, “Rəisin göstərişidir” – deyərək sürücüdən 100 manat rüşvət alaraq yolda hərəkət etməsinə icazə veriblər.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024