Mobil versiya
Bolqarıstanın Plovdiv Aqrar Universitetinin rektoru ADAU-da səfərdədir - FOTOLAR
Tarix: 04-06-2019 | Saat: 17:40
Bölmə:Təhsil | çapa göndər

Bolqarıstanın Plovdiv Aqrar Universitetinin rektoru ADAU-da səfərdədir


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Bolqarıstanın Plovdiv Aqrar Universiteti ilə əməkdaşlıq əlaqələri genişlənir. Qeyd olunun təhsil müəssisəsinin rektoru, professor Xristina Yançeva və Davamlı Təhsil Mərkəzinin direktoru, Bolqarıstanın sabiq Kənd Təsərrüfatı naziri və universitet rektoru, professor Dimitar Grekov ADAU-da səfərdədir. Səfərin məqsədi hər iki ali təhsil müəssisəsi arasında mövcud olan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, o cümlədən müəllim və tələbələrin mübadiləsi, birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, ikili diplom proqramlarının həyata keçirilməsi, təhsil proqramlarının beynəlxalq akkreditasiyası məsələlərinin müzakirə edilməsi, habelə 2014-cü ildə bağlanan müqavilənin yenilənməsi və imzalanmasıdır.

ADAU-nun maddi-texniki bazası, tələbə evləri, laboratoriyaları, mərkəzləri, auditoriyaları, tədris-təcrübə təsərrüfatı, tikilməkdə olan tədris korpusları ilə yanaşı regionda yerləşən aqroparklar, innovativ texnologiyalı müəssisələrlə tanışlığı əhatə edən səfər proqramı qonaqlarda ölkəmizdə aqrar sahəyə və aqrar təhsilə dövlət qayğısının yüksək səviyyədə olduğu təəssüratını yaradıb.

Universitetlərarası yeni əməkdaşlıq müqaviləsinin imzalanmasına həsr olunan tədbirdə çıxış edən ADAU-nun rektoru, professor İbrahim Cəfərov Plovdiv Universiteti ilə əməkdaşlıq əlaqələrinin genişlənməsinin zəruriliyi və perspektiv istiqamətləri, habelə aprel ayında bu ali təhsil müəssisəsinə səfəri çərçivəsində keçirdiyi görüşlər, əldə olunan razılıqlar barədə məlumat verib.

Plovdiv Aqrar Universitetinin rektoru, professor Xristina Yançeva rektor İbrahim Cəfərova dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, son illərdə ADAU-da dövlətin dəstəyi ilə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb, əməkdaşlıq əlaqələrinin və hər cür imkanların olduğunu, bu əlaqələrin genişlənməsinin hər iki ali təhsil müəssisəsində tədrisin, elmi-tədqiqat işlərinin, kadr hazırlığının keyfiyyətinə müsbət təsir göstərəcəyinə əminliyini vurğulayıb.

Qeyd edək ki, əsası 1945-ci ildə qoyulan Plovdiv Aqrar Universiteti aqronomluq, bağçılıq və üzümçülük, bitki mühafizəsi və aqroekologiya, iqtisadiyyat fakültələrini özündə birləşdirməklə, burada bakalavriat səviyyəsində 20, magistratura səviyyəsidnə 28, doktorantura səviyyəsində 26 proqram üzrə mütəxəssis hazırlığı aparılır.

aia.az










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024