Mobil versiya
Gün eynəyi seçərkən ehtiyatlı olun! - Oftalmoloqdan XƏBƏRDARLIQ
Tarix: 04-06-2019 | Saat: 17:26
Bölmə:Ölkə | çapa göndər

Gün eynəyi seçərkən ehtiyatlı olun! -


Yaz-yay fəslində gün eynəklərinə olan tələbat artır. Bu gün şəhərin istənilən yerində mağazalarda, yeraltı keçidlərdə, köşklərdə, metro çıxışlarında gün eynəklərinin satışına rast gəlirik. 5-10 manat civarında olan eynəklərin sırasında məşhur brendlərin də adına rast gəlmək olur. Lakin məşhur brendlərin belə aşağı qiymətə olması məhsulların saxtalığı barədə şübhələr yaradır. Çox təəssüf ki, əksəriyyət sağlamlıq və keyfiyyətdən çox qiymətə və görünüşə üstünlük verir. Seçimin bu prinsiplər altında həyata keçirilməsi gözlərin zəifləməsi, baş ağrıları və göz təzyiqinin yaranmasına səbəb olur.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, demək olar gün eynəyi alan heç kim həkim məsləhəti ilə seçim etmir.


“Dünyanın bir sıra ölkələrində də bu halla rastlaşmaq mümkündür. Hətta Afrika, İtaliya kimi ölkələrin çimərliklərində belə, eynək satışı ilə məşğul olan şəxsləri görür və eynəklərin kütləvi şəkildə alındığının şahidi oluruq. Almazdan əvvəl gözə hansı növ eynəyin uyğun gəldiyini müəyyən etmək üçün həkim müayinəsindən keçmək mütləqdir. Lakin üzücü haldır ki, hazırda insanlar necə gəldi, zövq xatirinə keyfiyyətsiz eynəkləri almağa üstünlük verirlər”.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov bildirir ki, keyfiyyətsiz eynəyi taxıb-taxmamağın bir fərqi yoxdur:

“Keyfiyyət etibarilə zəif olan eynəklər zərərli şüaları gözə daha çox buraxır. Ultrabənövşəyi şüaları sındıran orqanik eynəkləri bahalı, brend firmalar istehsal edir. Qiyməti 3-5 manat arası olan eynəkdə keyfiyyətdən söz gedə bilməz. Ən yaxşı hal odur ki, həkim eynək seçimində məsləhətçi olsun. İstifadəçi üçün onun uzaq və ya yaxına korreksiya edilməsini həkim müəyyən etməlidir. Onu da deyim ki, istənilən göz üçün əks şüalardan ən yaxşı qoruyucu öz gözlərinin billurudur. Bu büllura sırf görünüş xatirinə keyfiyyətsiz eynəklərlə ziyan vermək düzgün deyil” .
Əzizə Zeynal


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə