Rövşən Rzayev vətəndaşları qəbul etdi
Tarix: 04-06-2019 | Saat: 16:11
Bölmə:Ölkə | çapa göndər
İyunun 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Modern.az xəbər verir ki, Dövlət Komitəsinin sədri əvvəlcədən qəbula yazılmış 60-dan çox vətəndaşı fərdi qaydada qəbul edib. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kimi məcburi köçkünlərin problemlərinin həlli dövlət siyasətinin üstün istiqamətlərindəndir. Prezident İlham Əliyevin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün verdiyi tapşırığa uyğun olaraq Bakı şəhərində və bölgələrdə yeni yaşayış məhəllələrinin tikintisi davam etdirilir. Dövlət başçısı bu kateqoriyadan olan vətəndaşlarımızın maddi rifah halının yüksəldilməsini də daim diqqətdə saxlayır. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir. Mehriban xanımın təşəbbüsü ilə özəl sektor tərəfindən məcburi köçkünlər üçün yaşayış binalarının inşası davam edir.
Dövlət Komitəsində qəbulda olan vətəndaşlara bildirilib ki, onların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024
17-11-2024