Mobil versiya
20 nömrəli məktəbdə pul yığılır? - Bakı Şəhəri üzrə Təhsil İdarəsi araşdırmaya BAŞLADI
Tarix: 03-06-2019 | Saat: 16:37
Bölmə:Təhsil | çapa göndər

20 nömrəli məktəbdə pul yığılır?


Bir neçə gündür ki, sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri paytaxtda yerləşən 20 nömrəli məktəbdə şagirdlərdən pul yığılmasıdır. Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, məktəb-liseyin direktoru Səadət Veysova təmir üçün hər sinifdən 120 AZN pul yığır. Bu barədə övladları həmin məktəbdə təhsil alan valideynlər məlumat yayıblar. Maraqlıdır ki, Yasamal rayonundakı həmin məktəb-liseyin yeni inşa edilmiş binası 2017-ci ildə, “Bilik günü”ndə istifadəyə verilib.
Yenicə istifadəyə verilmiş, son dərəcə müasir infrastruktura malik məktəbin indi təmirə ehtiyac duyması sual doğurur. Üstəlik bu “təmir işləri” şagirdlərin hesabına həyata keçirilirsə.

Məktəbdə pul yığılması iddiaları bununla da yekunlaşmır. Valideynlər “Son zəng” tədbiri üçün 11-ci sinif şagirdlərinin hərəsindən 40 manat pul yığıldığını da sosial şəbəkələrdə paylaşıblar. İddialara görə, məktəbi bu il bitirəcək 11-cilər 5 sinifdir. Nəzərə alsaq ki, hər sinifdə azı 25 şagird var, onda toplanacaq pul təxmini 5000 manata bərabər olur. Təkcə “Son zəng” tədbiri üçün bu qədər məbləğə ehtiyac duyulması isə inandırıcı görünmür.

Məsələnin ictimai müzakirəyə səbəb olmasını nəzərə alıb Modern.az olaraq, 20 nömrəli məktəb-liseyin rəhbərliyi ilə əlaqə saxlamağa cəhd etdik. Lakin məşhur orta məktəb kimi adı hallansa da, bu təhsil ocağı ilə əlaqə qura bilmədik. Məlum oldu ki, məktəbin sosial şəbəkə və internet hesablarında yerləşdirilən şəhər nömrələri aktiv deyil, işləmir.

Sözügedən məktəbdəki durumla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) də mövqeyini öyrənməyə çalışdıq. Qurumdan saytımıza verilən məlumata görə, məktəb-liseydə pul yığılması ilə bağlı BŞTİ tərəfindən xidməti araşdırma aparılır. Təhsil İdarəsindən o da bildirilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024