Mobil versiya
Novruz Məmmədov Tarix İnstitutuna zəng etdi
Tarix: 03-06-2019 | Saat: 16:03
Bölmə:Siyasət | çapa göndər

Novruz Məmmədov Tarix İnstitutuna zəng etdi


Baş nazir Novruz Məmmədov AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudova telefonla zəng edərək institutun fəaliyyəti ilə maraqlanıb.



Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, baş nazir telefon danışığı zamanı institutun fəaliyyətini yüksək qiymətləndirib.



Yaqub Mahmudov bu telefon danışığı barədə tarixçi alimlərə Elmi Şuranın iclasında ətraflı məlumat verib: “Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. Bununla əlaqədar olaraq baş nazir Novruz Məmmədov tarixçiləri təbrik edərək, onlara uğurlar arzulayıb”.



Akademik deyib ki, Azərbaycan tarix elmində azərbaycançılıq məfkurəsinə əsasən konseptual dəyişikliklər gedir. Baş nazir institutda Qarabağın, Naxçıvanın və İrəvan xanlığının, Azərbaycan xalqına qarşı soyqırımlarının və itirilmiş torpaqlarımızın tarixinin araşdırılmasını yüksək dəyərləndirib və tarixçilərə dəstək olacağını bildirib.



Yaqub Mahmudov qeyd edib ki, Tarix İnstitutunun fəaliyyəti ölkə rəhbərinin daim diqqət mərkəzindədir: “Prezident İlham Əliyev institutu Azərbaycanda tarix üzrə araşdırmaların mərkəzi adlandırıb. Novruz Məmmədov institutda aparılan araşdırmaları, o cümlədən 26 Bakı komissarının fəaliyyətinə yeni baxışı Azərbaycan dövlətinin mənafeyinə tamamilə uyğun olduğunu bildirib”.



İclasın sonunda Elmi Şuranın üzvləri yekdilliklə baş nazirin xüsusi diqqətinin onları yeni araşdırmalara ruhlandıracağını bildiriblər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə