Mobil versiya
Bakıda Ramazan bayramı münasibəti ilə yarmarka təşkil ediləcək
Tarix: 03-06-2019 | Saat: 14:29
Bölmə:Ölkə | çapa göndər

Bakıda Ramazan bayramı münasibəti ilə yarmarka təşkil ediləcək

Ramazan bayramı ilə əlaqədar Bakının 2 rayonunda yarmarka təşkil olunacaq.

Modern.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova deyib. Onun sözlərinə görə, bayram yarmarkaları 2 gün- 4-5 iyun tarixlərində baş tutacaq:

“Yasamal və Nizami rayonlarında icra hakimiyyətlərinin dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən yeni “Kənddən şəhərə” yarmarkaları keçiriləcək. Yarmarka Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi, 225 saylı orta məktəbin qarşısı, "Space" TV -nin qarşısı, Nizami rayonunda isə Qara Qarayaev prospekti 36 A, Orbita ticarət mərkəzinin yanında olacaq”.



O qeyd edib ki, fermerlər avadanlıqları ödənişsiz şəkildə əldə edəcəklər:

“Məhsullar Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyalarında müayinə olunacaq. Yararsız məhsullar bazardan çıxarılacaq. Qiymətlər tələb-təklif əsasında formalaşır, lakin məhsulların qiyməti topdansatış qiymətlərindən yüksək ola bilməz”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024