Mobil versiya
Bakıya darışan kəpənəklərlə bağlı daha bir rəsmi AÇIQLAMA
Tarix: 03-06-2019 | Saat: 12:39
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakıya darışan kəpənəklərlə bağlı daha bir rəsmi

Respublika ərazisində hava şəraitinin yağmurlu keçməsi Gicitkən kəpənəyinin (Aflais uzticae) və Şeytanqanqalı kəpənəyinin (Vanessa cardui) geniş arealda yayılmasına şərait yaradıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi adı küllük kəpənəkləri kimi qeyd olunan bu zərərvericilərin geniş ərazilərdə yayıldığı və tırtıllarının artıq pup mərhələsinə çatdığı məlum olub:


“Bu kəpənəklər əsasən şeytanqanqallı, gicitkən, türpəng kimi alaq otları yayılmış sahələrdə qidalanaraq geniş əraziləri sirayətləndirib. Gicitkən və qanqala kifayət qədər zərər verib”.


Qeyd olunub ki, kəpənəklər miqrasiyadan əvvəl birləşərək bəzən sayı minlərlə olan böyük sürülər əmələ gətirirlər:


“Əsasən də iki istiqamətdə - yazda cənubdan şimala, payızda şimaldan cənuba miqrasiya edirlər. Yaz aylarından başlayaraq payıza qədər uçmaq qabiliyyətinə malik olan kəpənəklər dağlıq ərazilərdə dəniz səviyyəsindən 2500-3000 metr hündürlükdə də uça bilirlər.

Dünyada ən çox Yaponiyada geniş yayılıb. Rusiya, Ukrayna, Belarus, Moldova, Qafqaz və Qazaxıstanda da rast gəlinir.

Kəpənəklərin uçuşuna aprel ayının əvvəllərində rast gəlinir. Kəpənəyin qanadlarının ölçüsü 47-65 mm-dir. Cütləşdikdən sonra kəpənəklər yabanı otların yarpaqlarının alt səthinə qrup halında (100-200 ədəd) yaşılımtıl yumurtalar qoyur. Yumurta qoyuluşundan 5 gün sonra xırda qara rəngli tırtıllar çıxır və qidalanmağa başlayırlar. Tırtıllar tünd rəngdə, tüklü olub, bədəninin üzərində sarı zolaqlar vardır. Sürfələr 4 dəfə qabıq dəyişərək 5 yaş keçirir.

Puplaşma dövründə tırtıllar gizlin yer seçir və yaxud puplaşmanı birbaşa gövdə üzərində keçirirlər. Havanın temperaturundan asılı olaraq 2-3 həftədən sonra puplardan kəpənəklər çıxır. İqlim şəraitindən asılı olaraq bu həşərat növləri 2-3 nəsil verir. Birinci nəsil aprel, may, ikinci nəsli iyun, iyul, üçüncü nəsil avqust, sentyabr aylarında inkişaf edir”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə