Mobil versiya
Salyanın Babazanlı yaşayış massivinə asfalt yolun çəklişinə başlanılıb - FOTOLAR
Tarix: 03-06-2019 | Saat: 12:02
Bölmə:Manşet / Ölkə | çapa göndər

Salyanın Babazanlı yaşayış massivinə asfalt yolun çəklişinə başlanılıb




Ölkə Prezidenti İlham Əliyevin birbaşa dəstəyi və bu sahəyə ayırdığı xüsusi diqqət nəticəsində ötən illərdə olduğu kimi, cari ildə də respublikamızın bütün ərazisində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülür, ölkənin avtomobil yollarının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Bu gün yol infrastrukturunun sürətlə yeniləndiyi bölgələrimizdən biri də Salyan rayonudur. Etiraf etmək lazımdır ki, məhz son üç il ərzində Salyanın iqtisadi inkişafı yeni, daha yüksək dinamikası ilə diqqəti cəlb etməkdədir. O cümlədən rayonun yol-nəqliyyat infrastrukturunun yenilənməsi prosesi də sürətlə həyata keçməkdədir.

Elə bu günlərdə Salyanda daha bir yol-infrastruktur layihəsinin icrasına start verilib. Belə ki, rayonun Babazanlı yaşayış massivinə asfalt yolun çəklişinə başlanılıb. Mətbuata təqdim olunan açıqlamalarda bu yolun qısa müddətdə sakinlərin istifadəsinə veriləcəyi bildirirlir. Qeyd edək ki, asfalt yolun çəkilişi zamanı bütün texniki göstəricilər gözlənilməklə dayanacaqların yenilənməsi və təmiri nəzərdə tutulub. Bu yolun istifadəyə verilməsi sakinlərin rayon mərkəzinə gediş-gəlişlərini asanlaşdıracaq, əhalinin rifah halının daha da yaxşılaşmasına təkan verəcək.

Aldığımız məlumata görə, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov dünən Babazanlı yaşayış massivinə asfalt yolun çəklişi ilə bağlı işlərlə yerində tanış olub. İcra başçısı işlərin yüksək keyfiyyət standartlarına uyğun aparılması və yolun vaxtında təhvil verilməsi yönümündə öz tapşırıq və tövsiyələrini verib.

aia.az
































Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024