“Mənzil-kommunal təsərrüfatları bağlı çox ciddi problemlər var” – Azay Quliyev
Tarix: 31-05-2019 | Saat: 15:17
Bölmə:Ölkə | çapa göndər
“Bu gün sosial şəbəkələrdə ehtiyat fondları ilə bağlı məsələni fərqli yöndə müzakirəyə çıxarıblar. Təəssüf ki, bu gün özünü iqtisadçı adlandıran bəzi şəxslər ehtiyat fondlarının icrası ilə bağlı sui- istifadələrə yol verirlər. Halbuki ehtiyat fondları təcili məsələlərin həllinə yönəlib. Ümumi məsələlərin həllinə yönəlməsi, görünür, kimlərisə narahat edir”
Modern.az xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisin iclasında deyib.
O bildirib ki, hesabata baxmaq kifayətdir. “Hesabata baxsaq görərik ki, 2018-ci ildə Ehtiyat Fondundan 52. 2 milyard manat müdafiə xərclərinə yönəlib. Ona görə bu barədə heç bir problem yoxdur. Ehtiyat fondlarının xərclənməsi kifayət qədər şəffafdır”.
Deputat seçicilər tərəfindən daxil olan müraciətləri də diqqətə çatdırıb.
“Seçicilər tərəfindən ünvanlanan bəzi müraciətləri səsləndirmək istərdim. mənzil-kommunal təsərrüfatları bağlı çox ciddi problemlər var. Büdcədən 451 milyon manat vəsait ayırmışıq. Doğrudan da bu gün mənzil-kommunal təsərrüfatları ilə bağlı olan qurumların özəlləşməsinə ehtiyac var. Təkcə təmsil olunduğum Binəqədi rayonunda 400-dən çox istifadəyə yararsız lift var. Hesab edirəm ki, bu gün bunun həlli çox vacibdir. Həmçinin ayrılan vəsaitin necə xərclənməsi də sual doğurur. Yaxud da Xocəsən qəsəbəsində mədəniyyət evinin yenidən qurulması ilə bağlı 30 min manat vəsait ayrılıb. Ancaq bu vəsaitin icrası təmin olunmayıb. Hörmətli maliyyə nazirindən bu məsələyə diqqət ayırmasını xahiş edərdim”.
Deputat bəzi yolların təmirsiz olduğunu da söyləyib.
“Eyni zamanda avtomobil yolları ilə bağlı məsələdən də danışa bilərik. Düşünürəm ki, bu sahədə indiyə qədər işlər görülsə də, Bakı və ətraf kəndlərdə elə yollar var ki, onlara yenidən baxılmalı və təmir edilməlidir. Bu baxımdan da avtomobil yollarına ayrılan vəsaitin şəffaflığı təmin olunmalı və görülən işlər açıq şəkildə Milli Məclisdə göstərilməli və qeyd olunmalıdır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024